Putin: "Darıxdırıcıdır, qızlar"

Putin: "Darıxdırıcıdır, qızlar"
21:57 11 Aprel 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriya ilə bağlı yaranan hazırkı vəziyyət ABŞ-ın İraqda hərbi kampaniyaya başlamasından əvvəlki hadisələri xatırladır.

Milli.Az "Report"a istinadən bildirir ki, prezidentin sözlərinə görə, o, bu mövzunu italiyalı həmkarı Serco Mattarella ilə görüşdə müzakirə edib.
"Mən dedim ki, bu mənə 2003-cü il hadisələrini çox xatırladır. O zaman Birləşmiş Ştatların (BMT) Təhlükəsizlik Şurasındakı nümayəndələri İraqda, guya kimyəvi silah aşkar olunduğunu göstərirdilər. Ondan sonra İraqda kampaniya başladı, bu isə ölkənin xaraba qalması, terror təhlükəsinin artması və nə az, nə çox, beynəlxalq səhnədə İŞİD-in ortaya çıxması ilə nəticələndi", - deyə Putin bildirib.
Onun fikrincə, indi yenə eyni şey baş verir.
"Tərəfdaşları yenə onlara işarə edirlər. Mən bununla bağlı bizim məşhur yazıçılarımız İlfa və Petrovu xatırlayıram. Demək istəyirəm: "Darıxdırıcıdır, qızlar". Bunu biz hamımız artıq görmüşük, müşahidə etmişik", - deyə Putin bildirib.
Bu ifadə İlya İlfa və Yevgeni Petrovun "On iki stul" romanı sayəsində məşhur olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR