Hansı dərmanı qəbul edəndə hansı yeməkləri yemək olmaz?

Hansı dərmanı qəbul edəndə hansı yeməkləri yemək olmaz?
22:12 11 Aprel 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Müəyyən dərmanları qəbul edən vaxt, bəzi qidaları yemək sağlamlığa təhlükə yarada bilər. Bəs hansı dərmanı qəbul edəndə, hansı yeməklərdən uzaq durmalıyıq?

Milli.Az deyerler.org-a istinadən məhz birlikdə qəbul edilməməli olan dərmanlar və yeyəcəkləri təqdim edir:
 
Bronxospazm (Astma, bronxit və digər ağciyər xəstəliklərinin müalicəsində istifadə edilir)
 
Teofilin və albuterol tərkibli bu dərmanlar əsəb sistemini həssas etdiyi üçün kofeinlə birlikdə istifadə edilməməlidir. Kofein xüsusilə teofilinin zəhərliliyini artırır. Bununla yanaşı bu dərmanları qəbul edəndə biotəsirini artırmamaq üçün yağlı qidanı azaltmaq lazımdır.
 
Anti-aritmik dərmanlar (Ürək çatışmazlığında istifadə edilir)
 
Diqoksin tərkibli anti-aritmik dərmanlar istifadə edəndə biyan (şirinbiyan) kökündən uzaq durmalısınız. İkisi bir yerdə olanda ürək ritmlərində problemlər yarana bilər və hətta ürəyiniz dayana da bilər. Biyan kökü tortlarda, şirniyyat məmulatlarda istifadə olunur.
 
Kəpək kimi pəhrizdə istehlak edilən liflər də dərmanın təsirini azalda bilər. Bu səbəbdən yeməkdən 2 saat əvvəl və ya sonra yemək faydalı olacaqdır.
 
Pis xolesterin səviyyəsini aşağı salan dərmanlar köklük, şəkərli diabet, ürək və damar xəstəliklərinin müalicəsində istifadə olunur
 
Qreypfrut dərmanın qatılığında kəskin artıma səbəb olaraq, həddindən artıq doza təsiri və yan təsirlərə yol aça bilər. Qreypfrut suyla qəbul olunan bir həb suyla qəbul olunan 20 həb təsiri yarada bilər. Eyni şey digər sitrus meyvələr üçün də keçərlidir.
 
Qan durulaşdırıcı dərmanlar, qan laxtalanmasının qarşısını almaq üçün istifadə edilir.
 
Varfarin tərkibli qan durulaşdırıcı dərman vasitələri istifadə edəndə, zoğal, sarımsaq, zəncəfil ilə acı bibər, darçın və zərdəçal kimi, bəzi ədviyyatların istehlakını məhdudlaşdırın. Varfarinlə birləşəndə qanınızı çox duruladan bu yeməklər qanaxmaya səbəb ola bilər.
 
Digər tərəfdən, K vitamini də bu dərmanların təsirini azaldır. İspanaq, şalğam, kələm və gül kələmi K vitamini ehtiva edən bəzi qidalardır.
 
Tiroid hormonu dərmanları (Tiroidləri zəif işləyən şəxslərə verilir).
 
Levotiroksin tərkibli bu dərmanları istifadə edəndən soya, şabalıd və lif istehlakını məhdudlaşdırın. Soya dərmanın təsiri azaldığı kimi, şabalıd və lifli qidalar da oxşar bir təsir verirlər.
 
Antibiotik (Bakterial infeksiyalarda istifadə edilir)
 
Tetrasiklin, siprofloksazin və penisillin tərkibli antibiotiklər istifadə edəndə kalsium qəbul etməyiniz dərmanın təsirində ani bir zəifləmə ola bilər. Süd və süd məhsulları ən zəngin kalsium mənbəyidir.
 
Qan təzyiqini azaldan dərmanlar (Ürək və böyrək xəstəliklərinin müalicəsində istifadə edilir)
 
Bu qrupa daxil olan dərmanlar qanda kalium miqdarını artırdığı üçün kalium tərkibli qidalarla birlikdə qəbul edildikdə ritm pozğunluğu və nəfəs darlığı təngnəfəslik baş verə bilər. Bu səbəbdən bu dərmanları qəbul edəndə banan, kartof, soya və ispanaq kimi qidalardan uzaq durmalısınız.
 
Ağrı kəsici, hərarət salan, əzələ ağrıları və baş ağrılarına da istifadə edilir.
 
İbuprofen tərkibli ağrıkəsicilər, sərin içkilərlə birlikdə qəbul edilməməlidir. Turşulu içkilərdə olan karbondioksid və turşu dərmanın qatılığını artırır, dərmanın dozası nəzarətdən çıxır və zəhərliliyi artır. Bu da böyrəklərinizə zərər vura bilər.
 
Antidepressantlar (Depressiya müalicəsində istifadə edilir)
 
Antidepressantlar tiramin baxımından zəngin yeməklərlə istehlak ediləndə təzyiqdə ciddi bir yüksəlməyə səbəb ola bilər. Tiramin motal pendiri, qurudulmuş ət, konservləşdirilmiş ət və balıqda olur.
 
Ən yüngül dərmanı istifadə edəndə belə, daima həkiminizlə məsləhətləşməlisiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR