Belarusda 10 məmur rüşvətdə suçlandı, tutuldu

Belarusda 10 məmur rüşvətdə suçlandı, tutuldu
22:12 11 Aprel 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Minsk şəhəri İcra Hakimiyyətinin 10 vəzifəli şəxsi  rüşvət almaqda şübhəli bilinərək  Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, saxlanılanlar arasında Minsk İH İstehlak Bazarına Nəzarət Baş İdarəsinin rəhbəri Sergey Boriseviç də var.  
 
Saxlanılanlar meriyanın tabeliyində olan müəssisələrlə müqavilələrin bağlanılması zamanı (malların artırılmış qiymətlərlə alınmasına dair) məsələlərin müsbət həlli üçün fərdi təsərrüfat subyektlərindən böyük məbləğdə rüşvət almaqda şübhəli bilinirlər.    
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR