Heç bir dərman ozonoterapiyanı əvəz edə bilmir

Heç bir dərman ozonoterapiyanı əvəz edə bilmir
22:17 11 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Qeyri-ənənəvi müalicə üsullarından sayılan ozonoterapiya ozonun oksidləşdirici və katalik xüsusiyyətlərindən geniş istifadə etməyə imkan verir. Prosedur zamanı toxumaların oksigenlə təminatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapillyarlar qan dövranına qoşulur, qanyaranma sürətlənir və orqanizmin immun sistemi fəallaşır. Ozonun bakterisid, virusid və fungisid təsirləri də var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəstəliyin xüsusiyyəti və diaqnozdan asılı olaraq müalicə vasitəsi kimi böyük hemotransfuziya və ya ozonlaşmış fizioloji məhlul yeridilməsindən istifadə olunur. Bir çox hallarda xüsusi sxem üzrə hər iki üsuldan istifadə edilir.

Böyük autohemoterapiya zamanı xəstədən qan götürülərək ozonla qarışdırılır. Ozon davamsız olduğuna görə bir neçə saniyə qanda qalır, parçalanaraq müxtəlif kimyəvi reaksiyalara daxil olur, daha davamlı və aktiv birləşmələr əmələ gətirir. Müalicə kursu cəmi 3-10 dəfə və 3-4 gündən bir aparılır.

Ozonoterapiya qanı oksigenlə zənginləşdirir. Adi halda venoz qanda oksigenin parsial təzyiqi 40 mm civə sütunundan ibarətdirsə, təcrübələr zamanı müəyyən olunub ki, ozonoterapiyadan sonra oksigenin parsial təzyiqi 20 mm civə sütunu təşkil edir və nəticədə oksigenin daha çox hissəsi toxumalara keçir. Heç bir dərman maddəsi ilə həmin effekti təmin etmək mümkün deyil.

Məhlul 20 dəqiqə ozonlaşdırılandan sonra 10-15 dəqiqə ərzində venalara köçürülür. Müalicə kursu 5-12 dəfə, gündəlik və günaşırı aparılır.

Ozonlaşmış bitki yağının daha çox mədə-bağırsaq, qaraciyər və öd kisəsi xəstəliklərində istifadə edilməsi müsbət nəticələr verir. Onun antiseptik və regenerasiyaedici xüsusiyyətlərinin ozonlaşmamış məhlullardan fərqi ozonun doymamış yağ turşularının mürəkkəb efirləri ilə birləşərək ozonidlər əmələ gətirməsindədir. Ozonidlər davamlı birləşmələr olduğuna görə daha uzun müddət öz təsir gücünü saxlayır. Ozonlaşmış yağ oksigeni toxumalara verərək qan dövranını yaxşılaşdırır, metabolik prosesləri fəallaşdırır, patoloji ocaqların qranulasiya və epitelizasiyasını sürətləndirir.

Xlamidiya və mikroplazma etiologiyalı genital infeksiyalarda tərkibinə ozonlaşmış zeytun və kakao yağları daxil olan vaginal şamlardan geniş istifadə edilir. Ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi yerli olaraq piy toxumasının parçalanmasına, arıqlamaya və sellülitdən azad olmağa şərait yaradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR