Yağları yandıran və arıqladan ən effektli 8 QİDA

Yağları yandıran və arıqladan ən effektli 8 QİDA
22:27 11 Aprel 2017
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağlanma müasir dövrdə ən çox yayılan sağlamlıq problemlərindən biridir. İnsanlar bu xoşagəlməz haldan xilas olmaq üçün pəhrizlər saxlayır, idmanla məşğul olurlar. Lakin yağlanmanın qarşısını almağın bir çarəsi də var. Bu da mətbəxdir. Bədəndəki yağları yandıraraq artıq çəkidən azad olmaq üçün bir çox qidalar var.

Milli.Az lent.az-a istinadən həmin qidalarla sizi tanış edir.

Acı bibər
 
Acı bibər bədəni isidir, kalorini yandırır. Bədənimizdəki ağ yağ hüceyrələri enerji anbarıdır və qəhvəyi yağ hüceyrələri termogenik təsirə malikdir. Acı bibərin yaratdığı istilik yağ yandırmağa imkan verir.
 
Tam taxıllar və tərəvəzlər
 
Qəhvəyi düyü, yulaf və kinoa kimi kompleks karbohidratlarda olan lif mədədə tamamilə həzm olunub yandırılmır. Bunun üçün bədən başqa enerjiyə ehtiyac duyur və həmin enerji bu yeməkləri həzm etmək üçün istifadə olunur. Buna görə də artıq çəkidən azad olmaq üçün bol miqdarda tərəvəz yeməlisiniz. Xüsusilə ispanaq, brokoli, tərə, kələm kimi yaşıl yarpaqlı tərəvəzlər.
 
Qara bibər
 
Qara bibərdə olan piperier istiliyin təsiri ilə yağ yandırmağa kömək olur. Ona görə də istiot yemək yalnız yeməklərə ləzzət qatmır, eyni zamanda arıqlamağı təmin edir.
 
Zəncəfil
 
Zəncəfilin kəskin dad verən karsaisin maddəsi bədən istiliyini artıraraq maddələr mübadiləsini sürətləndirməyə kömək olur. Araşdırmalara görə, zəncəfil aclıq hissini azaldır, çəki azaltmağı dəstəkləyir. Zəncəfili halqa-halqa doğrayıb qaynar suya atın. 10 dəqiqə dəmləndikdən sonra için.
 
Sarımsaq
 
Sarımsaq da zəncəfil kimi bədən istiliyini artırır. Çəkinizi azaltmaq istəyirsinizsə, bol miqdarda sarımsaq yeyin.
 
Xardal
 
Karsaisin ehtiva edən digər bir ədviyyat da xardaldır. Karsaisin xardala məxsusi dad verməklə yanaşı, eyni zamanda bədən istiliyini artırmağa kömək olur. Salat souslarınıza 1 çay qaşığı xardal əlavə edə bilərsiniz.
 
Yaşıl çay
 
Yaşıl çayda olan kafein və kate maddələr mübadiləsini fəaliyyətə gətirir və kalori yandırmağa kömək olur.
 
Zülal
 
Yağlar və karbohidratlarla müqayisədə zülalın zəngin pəhriz təsiri olduqca böyükdür. Zülalın həzmi əsnasında bədən daha çox enerjiyə ehtiyac duyur. Məsələn, 300 kalorili toyuq döşü yedikdə həzm əsnasında bu kalorinin 30% -i yandırılır. Araşdırmalar zülal yeyərkən daha az çəki alacağınızı göstərir. Zülal eyni zamanda tox tutur, yemək yemə istəyini azaldır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR