Türkiyədə iyrənc cinayət

Türkiyədə iyrənc cinayət
22:28 11 Aprel 2017
233 Dünya
Ölkə mətbuatı
A- A+

Antalyada dəhşətli cinayət hadisəsi yaşanıb. Bir qrup şəxs iş adamları ilə qrup şəklində cinsi əlaqəyə girərək, sonradan görüntülərinin yayılacağı ilə onları şantaj ediblər.

Publika.az istipress.com-a istinadən bildirir ki, cinayətkardan ikisi qadın, ikisi isə kişi olmaqla, eyni ailənin 4 üzvləri olub. Belə ki, ana və qızının intim əlaqəyə girdiyi görüntüləri qardaşın hazırladığı qələm formasında kamera ilə lentə alınıb.

Antalyanın Manavqat bölgəsində yaşayan bir həkimin 70 yaşlı atası polisə müraciət edərək, seks görüntülərinin yayılacağı ilə şantaj olunduğunu bildirib. O, bildirib ki, ana və qız ilə birlikdə intim əlaqəyə girib. Sonradan isə həmin şəxslər həm yaşlı kişiyə, həm də onun oğluna seks videosunun diskini göndərib. Bu görüntülərin yayımlaması qarşılığından onlardan yarım milyon dollar pul tələb edib.

Daxil olan məlumat əsasında polis iş başına keçib. Onlar ərindən ayrılan G.B, onun qızı E.F, 17 yaşlı oğlu E.F, və qardaşı A.B.-ni saxlayıb. Onların yaşadıqları evdən çoxsaylı gizli çəkiliş aparmaq üçün kamera və iş adamlarının intim görüntüləri yer alan çox saylı video görüntülər olub.

Saxlanılan şəxslərin kompüterlərini araşdıran polis oradan çoxsaylı silinmiş görüntüləri geri qaytarmağı bacarıb. Bununla yanaşı, qrup üzvlərinin intim əlaqədə olduğu 20 diskini əldə edib.

Araşdırma aparan polis şantaj olunan şəxslərlə əlaqə qurub. Məlum olub ki, cinayətkar dəstə onlarla əlaqə saxlamaq üçün küçə telefonları vasitəsilə əlaqə saxlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR