Sese milçəyi, uzunayaq, mığmığa və sairələri

Sese milçəyi, uzunayaq, mığmığa və sairələri
23:22 11 Aprel 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

Bundan əvvəlki məqalədə deyildiyi kimi, milçəklərin bir çox növü vardır. İndi gəlin, onların bəzi növləri ilə tanış olaq.

Sese

Bu vaxta qədər biz insana xüsusi zərəri olmayan milçəklərdən söhbət açmışdıq. Amma təbiətdə zəhərli milçəklərə də rast gəlinir. Əgər vaxtlnda tibbi kömək gəlməsə, belə milçəklər bəzən insanı öldürə də bilirlər. Həmin zəhərli milçəyin adı sesedir. Amma elmi adı isə Glossinadır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sese milçəyi qanla qidalanır. Dişi və erkək milçəklər, ilk imkan tapan kimi rast gəldiyi adam və ya heyvanların qanını sormaq istəyirlər. Bu zaman onlar dişlənmiş adamın, ya da heyvanın qanına mikroblar keçirirlər. Bu mikroblar qıcolmaya, yüksək hərarətlə müşayiət olunan lixoradkaya, ürək getməsinə, bəzən isə hətta ölümə də səbəb ola bilirlər. Seselər insanı dişlədikdə ona yuxu xəstəliyi adlanan xəstəlik keçirirlər.

Adətən sese milçəyi tünd rəngdə olur, onun bədənində qonur və krem rəngli naxışlar vardır. Sese ev miçəyindən bir qədər böyükdür. Sese milçəyi haradasa oturub istirahət edəndə, o, qanadlarını bir-birinin üstünə elə qatlayır ki, sanki qayçınln ülgücləridir.

Çoxlu yumurta qoyan ev milçəklərindən fərqli olaraq, sese milçəkləri bütün ömürləri boyunca cəmi 12 dənəyə qədər yumurta qoyur. Onlar öz yumurtalarını torpağa basdırırlar. Sürfələr torpağın içində puplaşırlar və 4 həftə ərzində böyük milçəyə çevrilirlər. Sese milçəkləri cəmi 6 ay ömür yaşayırlar. Sese milçəyi öz çəkisi qədər qan sora bilir. Seselər həm məməli heyvanların, həm sürünənlərin, həm də quşların qanı ilə qidalanırlar. Hətta timsahlar belə, dərilərinin qalın olmasına baxmayaraq, sesenin əlindən canlarını qurtara bilmirlər. Seselər yalnız diri canlıları dişləyirlər.

Sese milçəkləri çox vaxt gündüzlər dişləyirlər, onlar çox nadir hallarda axşamlar qan sorurlar.

Uzunayaq

Siz, yəgin ki, divarlarda oturub öz uzun ayaqlarının üzərində sanki yellənən həşəratları çox görmüsünüz. Bunlar uzunayaq adlanan milçəklərdir. Bu milçəklərin həqiqətən də zərif, nazik sapa oxşayan uzun ayaqları vardır. Uzunayaqların ayaqları demək olar ki, heç bir milçəyin ayaqlarına oxşamır. Gündüzlər uzunayaqlar divarda və yaxud da otun üstündə otururlar. Axşamlar isə otaqların işığına cəlb olunaraq, sonra da buradan çıxmaq üçün divarlara və ya pəncərələrə özlərini çırpırlar.

Böyük uzunayaqlar çox az yemək yeyirlər. Onlar gülün nektarı ilə  (şirəsilə) və su ilə qidalanırlar. Amma uzunayaqların sürfələri isə əksinə çox yeyirlər: onlar bitki qidasından - otların saplaqları, kökü və ya yarpaqları ilə qidalanırlar.

Uzunayaqların uzun ayağlarına görə rahat şəkildə hörümçək toruna ilişə bilirlər. Onlar belə tələlərə qaçmaq məcburiyətində qalırlar. Amma uzunayaqların bəzi növləri və onların sürfələri yırtıcıdırlar və onlar balaca soxulcanlar və cırcıramaların yumurtaları ilə qidalana bilirlər. Bəzən isə hətta özü kimiləri də yeyirlər.

Uzunayaqların təqribən 10 000 növü mövcuddur. Uzunayaqların çox nazik qanadları və bədənləri vardır. Elə ona görə də onlar küləkli havalarda demək olar ki, uça bilmirlər. Uzunayaqlar ümumiyyətlə sürətlə uça bilmirlər və ona görə də yırtıcılar onları tez tutub yeyə bilir.

Mığmığa

İsti havalarda şəhər kənarında bir çox hallarda adamın üzərinə mığmığa adlanan çox kiçik milçəklər hücum edir. Onlar bütün Yer kürəsinə yayılmışlar, hətta bəzi ölkələrdə mığmığaları "gözəgörünməzlər" adlandırırlar. Yayın isti günlərində mığmığaları həmiçinin gölməçələrin üzərində dəstə ilə uçan da görmək olur. Bəzən isə onlar böyük ağcaqanadlara da hücum edirlər ki, onların sorduqları qanı özləri sorsunlar. Bəzi mığmığa növləri isə əkin sahələrinə (məsələn, taxıla) ziyan vura bilirlər.

Göyün

Bəzi milçək növlərinin dişləməsi çox ağrıdıcı olur. Məsələn, göyünlər belə milçəklərdəndir. Onlar adətən ev heyvanlarına (məsələn, atlara), bəzən isə insanlara da hücum edir və onları çox bərk dişləyirlər. Göyünlərin iti xortumunun sancması çox ağrılı olur. Amma yalnız dişi göyünlər qan sorurlar. Bütün göyünlər isə daha çox güllərin nektarı ilə qidalanırlar. Bununla da onlar çiçəklənən bitkiləri tozlandırırlar. Elmə göyünlərin 3000-ə yaxın növü məlumdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR