Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazandı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxış edir.

Metbuat.az-ın məlumatına görə, yığmamız bu gün Macarıstan yığması ilə qarşılaşıb. Oyun futzalçılarımızın aşkar üstünlüyü şəraitində keçib. Nəticədə Azərbaycan millisi 6:1 hesablı qələbəyə sevinib.

Macarıstan – Azərbaycan 1:6

Qollar: Zoltan Drot, 2 - Teles Martins Tyaqo, 12. Eduardo Mello Borges, 17, Fineo de Araujo, 22. Fineo de Araujo, 25; 34, İsa Atayev, 36

Beləliklə, 3 oyundan 9 xal toplayan futzalçılarımız Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Avropa çempionatı 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR