“Gözümüzün qabağında məşqçi oldu” – Elxan Məmmədov

“Gözümüzün qabağında məşqçi oldu” – Elxan Məmmədov
23:32 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Çox sevindirici haldır. Millimizin Sloveniyada da uğurlu çıxış edəcəyinə ümid edirik. Düşünürəm ki, bugünkü oyun əvvəlki matçlardan daha maraqlı idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
 
AÇ-2018-in seçmə mərhələsində son oyununda Macarıstanı 6:1 hesabı ilə darmadağın edən millimiz qrupu məğlubiyyətsiz başa vurub. Oyundan sonra baş katib apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
 
- Sizcə, ilk oyunlardakı çətinlik nə ilə əlaqədar idi?

- Təzyiq var idi komandanın üzərində. Ən çətin matç Bosniya və Herseqovinaya qarşı oldu. Evdə oynamaq bir tərəfdən yaxşı haldısa, digər tərəfdən də çətinlik yaradır. Dəfələrlə görmüşük ki, yığmamız səfər oyunlarında daha yaxşı çıxış edir. Ancaq son görüşdə komandamız tam açılışdı və qrup 100%-li nəticə ilə başa vurdu.
 
- Biro Jade ilə əməkdaşlıq Avropa çempionatında da davam edəcəkmi?

- Düşünürəm ki, davam etməliyik. Onun rəhbərliyi ilə komanda çox gözəl çıxış etdi. Komanda ilə də yaxşı münasibət qurmağı bacardı. Düşünürəm ki, İcraiyyə Komitəsi bu haqda müsbət qərar verəcək. Əsas odu ki, Biro Jade gözümüzün qabağında məşqçi oldu.
 
- Dünya çempionatında uğurlu çıxış eləmiş komanda üçün qitə birinciliyində hədəfləri bir az da yüksəltmək olarmı?

- Artıq futzaldakı məqsədlərimiz hər zaman daha yüksəkdir. Ona görə də çempionatın başlamasına yaxın oturub baş məşqçi ilə danışacağıq bu barədə.
 
- Millimiz Avropada adətən İspaniya, Portuqaliya kimi nəhənglər istisna olmaqla digər komandaları rahat məğlub edirdi. Bu dəfə sanki çətinlik çəkdi. Bu, çempionatın səviyəsinin düşməsi ilə bağlıdır?

- Mən deməzdim ki, bu, səviyyənin düşməsi ilə əlaqədardı. Bilirsiz, heç bir komanda həmişə eyni səviyyədə oynaya bilməz. İndiki halda bu komandanın təməli qoyulur. 2018-də tam şəkildə inamlı çıxış edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR