Şəkər xəstəliyinin insan bədəninə təsirləri

Şəkər xəstəliyinin insan bədəninə təsirləri
23:47 11 Aprel 2017
367 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəstələrin böyük bir hissəsində damar tıxanıqlığı olur və bu da yaraların yaxşılaşmasına birbaşa təsir edir. Damar xəstəliyində ayağa gedən qan axını düzəlmədən, yaranın sağalma ehtimalı yoxdur. Xəstələr ümumiyyətlə sarğı, cərrahi əməliyyatlar və dərman müalicələri ilə vaxt itirirlər. Çünki bu üsulların heç biri qan axınını yaxşılaşdırmır. Damar xəstəliyi problemi olan şəkər xəstələrində mütləq damar xəstəliyinin müalicəsi tələb olunur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, şəkər xəstəliyinin ən böyük əlaməti ayaqlarda yaranan yaralar, göyərmə, şişkinlik, qızartı və müəyyən olmayan infeksiyalardır. İnfeksiyalar səbəbiylə yaranan yaralar çox mənfi hallara qədər gətirib çıxarır.
 
Ayaq yarası problemi olan bütün şəkər xəstələrinin ayaqlarında damar tıxanıqlığı var. Nəticə etibarı ilə damarlarda tıxanma olduğu üçün yara heç cür sağalmır, istifadə edilən dərmanlar iltihablı toxumaya müdaxilə edə bilməz və infeksiyanın irəliləməsi ilə birlikdə ayağın itirilməsinə səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR