Zalım xəlifənin qəribə yuxusunun yozumu

Zalım xəlifənin qəribə yuxusunun yozumu
23:52 11 Aprel 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəvəkkil (lən) tarixdə ən qəddar və qan tökən xəlifə kimi tanınmış bir insan olmuşdur. O, İmam Əli (ə) və Ali-Əli (ə) ilə sərt düşmənçilik edirdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o, gecələrin birində bir yuxu görür. Görür ki, Həzrət Əli (ə) alovlanan atəşin arasındadır. Ayılan zaman bu yuxuya görə sevinir, çünki Əli (ə) ilə düşmən idi. Yuxunu yoza bilən alimlərdən birindən istəyir ki, bu qəribə yuxusunu onun üçün yozsun. Alim Əlinin (ə) adını çəkmədən ona deyir: "Layiqlidir ki, atəş içində gördüyün şəxs Peyğəmbər (s) və ya onun vəsisi olsun". (İslami saytlara istinadən)
Mütəvəkkil deyir: "Bu yuxunu yozumunu haradan deyirsən?".
Alim deyir: "Quranın "Nəml" surəsinin 8-ci ayəsində oxuyuruq: "Musa alovun yanına çatdıqda belə bir nida gəldi: "Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR