Bərdədə mənşəyi naməlum ət aşkarlandı - FOTO

Bərdədə mənşəyi naməlum ət aşkarlandı - FOTO
23:57 11 Aprel 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayon sakininin avtomobilində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan ətlər aşkar olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) məlumatında bildirilir.
Qeyd olunur ki, aprelin 11-də alınmış məlumat əsasında DBNX-nin Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonundan Bakı şəhəri istiqamətində hərəkət edən Bərdə rayon sakini Ələkbərov Amil Elşən oğlunun idarə etdiyi "Mersedes Benz " markalı 09-BO-220 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçiriblər. Kürdəmir rayonunda yerləşən 121-ci Dövlət Yol Polisi Postunda saxlanılan minik avtomobilinin arxa oturacağında (salonda) və yük yerində antisanitar vəziyyətdə, polietilen torbalarla bükülmüş, satış üçün nəzərdə tutulan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan budları və bel ətləri aşkar olunub.
Avtomobilin arxa oturacağına (salonuna) və yük yerinə yığılmış ümumi çəkisi 700 kq olan ətlərdən qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Avtomobildə aşkar olan heyvan budları və bel ətlərinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.
Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR