Millimiz Avropa çempionatına məğlubiyyətsiz gedir

Millimiz Avropa çempionatına məğlubiyyətsiz gedir
00:19 12 Aprel 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

AÇ-2018-in seçmə mərhələsində mübarizə aparan futzal üzrə Azərbaycan millisi bu gün qrupdakı son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamızın son rəqibi Macarıstan olub.

 

Qrupdakı ilk iki oyununda qələbə qazanan Biro Jadenin yetirmələri üçüncü oyunu da itkisiz başa vurub. Yığmamız 6:1 hesablı qələbəyə sevinib.

 

Bu nəticə ilə qrupu məğlubiyyətsiz başa vuran yığmamız qitə birinciliyinin final mərhələsinə lider kimi yollanır.

 

AÇ-2018-in seçmə mərhələsi

B qrupu

III tur

 

Macarıstan - Azərbaycan - 1:6

Qollar: Rövşən Hüseynli, 01:16 (öz qapısına) - Bolinya, 11:16, Eduardo, 16:52, Fineo, 21:03, 33:13, Xətai Bağırov, 24:12, İsa Atayev, 35:08

 

Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)

Bakı İdman Sarayı

 

Albaniya - Bosniya və Herseqovina - 6:6

Hakimlər: Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı

 

Yer

Komanda

O

Q

H

M

T/F

X

1

Azərbaycan

3

3

0

0

16:5

9

2

Macarıstan

3

1

1

1

7:11

4

4

Bosniya və Hrs.

3

0

2

1

12:13

2

3

Albaniya

3

0

1

2

9:15

1

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR