Türkiyədə 19 nəfər saxlanıldı

Türkiyədə 19 nəfər saxlanıldı
01:18 12 Aprel 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları çərşənbə axşamı İŞİD-in üzvü olduqları ehtimal edilən 19 nəfəri saxlayıb. Onlar ölkə konstitusiyasına düzəlişlər üzrə referendumu pozmağa cəhddə şübhəli bilinirlər.

"Report" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb.

Məlumata görə, 9 Türkiyə vətəndaşı və 10 suriyalı ölkənin İzmir əyalətində aparılan reydlər zamanı saxlanılıb. Polis əməkdaşları axtarışlar zamanı, həmçinin İŞİD-lə əlaqəli sənədlər, rəqəmsal materiallar və zirehli gödəkcələr aşkar edərək götürüblər. Saxlanılan şəxslərin hamısı İŞİD terror qruplaşmasının Suriyadakı üzvləri ilə əlaqədə olublar.

Türkiyədə referendum aprelin 16-da keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR