Dortmundda partlayış yerində məktub tapıldı

Dortmundda partlayış yerində məktub tapıldı
02:29 12 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

Dortmundda partlayışların baş verdiyi ərazidə aşkarlanan məktubun müəllifi hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın xəbərinə görə, bu barədə “Assoşieyted Press” prokurorluğa istinadən məlumat yayıb.   

 

Məlumata görə, müstəntiqlər hazırda həmin məktubu tədqiq  edirlər.

 

Bundan əvvəl Dortmund polisi partlayışların “Borussiya” futbol komandasına qarşı yönəlmiş hücum olduğunu bəyan edib. 

 

Xatırladaq ki, avtobusun yaxınlığında üç partlayış baş verib. Polisin ilkin məlumatına əsasən, “hücumda ciddi partlayıcı vasitələrdən istifadə edilib”.  Partlayıcı qurğunun avtomobil duracağının hasarına bərkidildiyi bildirilir. 

 

Hadisə zamanı dortmundluların müdafiəçisi Mark Bartra əlindən xəsarət alıb. 

 

Qeyd edək ki, insident səbəbindən Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR