Trampın mətbuat katibi üzr istədi

Trampın mətbuat katibi  üzr istədi
03:44 12 Aprel 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser Suriya prezidenti Bəşər Əsədi Adolf Hitlerlə müqayisə etdiyinə görə üzr istəyib.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə,  Şon Spayser öz açıqlamasını yersiz adlandırıb.  

 

“Hətta Hitler kimyəvi silahdan istifadə kimi alçaqlığa yol verməmişdi”, - deyə Spayser  uğursuz açıqlama verib.

 

 “Biz hətta İkinci Dünya Müharibəsində kimyəvi silahdan istifadə etmədik... Hətta Hitler kimyəvi silahdan istifadə etməyib”, - deyə o, İdlibdə kimyəvi silahdan istifadədə hökumət qüvvələrini ittiham edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271950

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR