Ağ ev Bəşər Əsədi Hitlerlə müqayisə etdi

Ağ ev Bəşər Əsədi Hitlerlə müqayisə etdi
03:58 12 Aprel 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Ağ evin mətbuat katibi Şon Spayser çərşənbə axşamı jurnalistlər üçün keçirilən brifinqdə "hətta Hitler kimyəvi silahdan istifadə etmək kimi aşağı səviyyəyə düşməyib" deməklə özünü pis vəziyyətə salıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" yazıb.

"Biz, hətta II Dünya müharibəsində belə kimyəvi silahdan istifadə etmədik… Hətta Hitler kimyəvi silahdan istifadə səviyyəsinə düşməyib", - deyə bildirərək Suriya hakimiyyəti və şəxsən prezident Bəşər Əsədi İdlibə kimyəvi hücumda ittiham edib.

Bu bəyanatdan dərhal sonra "Twitter"də mətbuat katibinin fikirləri ilə bağlı yüzlərlə təəccüb dolu şərhlər yazılmağa başlayıb.

Brifinqdən sonra jurnalistlər Spayserin nasist Almaniyasının qaz kameralarından istifadə etməsindən xəbərdar olub-olmadığını dəqiqləşdirməyə çalışıblar. Mətbuat katibi buna evdə cavab verib və bundan xəbərdar olduğunu bildirib, lakin Hitlerin bununla belə, kimyəvi silahdan şəhərlərdə istifadə etmədiyini qeyd edib.

Spayser jurnalistlər qarşısında fikirlərini izah etməyə çalışaraq bildirib ki, Hitler kimyəvi silahdan öz insanlarına qarşı Əsəd kimi istifadə etməyib.

"Mən Holokostun dəhşətli mahiyyətini kiçiltməyə çalışmıram. Mən aviasiyadan yaşayış məntəqələrinə kimyəvi silah atmaq üçün istifadə etmək taktikası arasında ayırıcı xətt çəkməyə çalışdım. Dinc insanlara qarşı istənilən hücum yolverilməzdir", - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR