Hər kəs bu toydan danışacaq - tarix açıqlandı - FOTO

Hər kəs bu toydan danışacaq - tarix açıqlandı - FOTO
07:52 12 Aprel 2017
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kembric hersoginyası Keyt Middltonun bacısı Pippa Middlton milyonçu Ceyms Metyusa ərə gedir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, nikah mayın 20-də Enqlfildə Müqəddəs Məryəm kilsəsində baş tutacaq. Nikah mərasimindən sonra 400-ə yaxın qonaq Middlton ailəsinin Baklberridəki evində toya yollanacaqlar.

"İlin toyu" adlanan mərasimdə Pippanın hansı gəlinlik libasını geyinəcəyi isə moda dünyasında ən çox müzakirə edilən mövzulardandır.

Qeyd edək ki, mütəxəssislər bu toyun Pippanın bacısı Keytin İngiltərə şahzadəsi Uilyamla toyundan daha dəbdəbəli olacağını düşünürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR