"Azərbaycana Avropa və Asiyadan daha çox turistin gəlməsi üçün işlər aparılmalıdır"

"Azərbaycana Avropa və Asiyadan daha çox turistin gəlməsi üçün işlər aparılmalıdır"
08:05 12 Aprel 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda turizmi yeni istiqamətlər üzrə inkişaf etdirmək lazımdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Azərbaycanda turizm sahəsi üzrə hədəflərin çox olduğunu deyən N.Bağırov qeyd edib ki, ölkəyə Avropa və Asiyadan daha çox sayda turistin gəlməsi üçün işlər aparılmalıdır.

AzTA rəsmisi təklif edir ki, bunun üçün ölkələrarası birbaşa aviareyslər yerinə yetirilə bilər. Bununla yanaşı, Azərbaycana gələn turistlərin öz vaxtını əyləncəli keçirməsi üçün müxtəlif proqramlar həyata keçirilməlidir: "Biz istəyirik ki, Azərbaycana gələn turistlər 4-5 gün deyil, daha çox- 2 həftə qalsınlar. Biz həm də yeni hotellərin tikilməsinə nail olmalıyıq".

Hazırda Azərbaycanda 500-dən artıq hotelin olduğunu xatırladan N.Bağırovun sözlərinə görə, xüsusi günlərdə hotel qıtlığı hiss olunur:

"Novruz bayramı günlərində Azərbaycana turist çox gəldiyindən daha çox Bakıda hotel qıtlığı yaranmışdı. Buna görə də biz müxtəlif sahibkarlara yeni hotellərin tikintisində dəstək olmalıyıq".

N.Bağırov qeyd edib ki, yeni hotellərin əsasən, Bakıda tikilməsinə ehtiyac var: "Əvvəllər biz deyirdik ki, 5 ulduzlu hotellərin sayı kifayət qədərdir, 1,2 ulduzlu hotellər, hostellər lazımdır. Amma bu gün elə vəziyyət yaranıb ki, bizə artıq 5 ulduzlu hotellər də lazımdır".

Qiyməti aşağı olduğu üçün hostellərin tikilməsini də vacib sayan N.Bağırov hesab edir ki, belə yerləşdirmə obyektlərinin sayının çoxalması Azərbaycana bütün təbəqədən olan turistlərin gəlməsinə imkan verir.

Qeyd edək ki, Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev turizm sahəsinin inkişafının ölkə üçün prioritet olduğunu vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR