Dişi kariesdən qoruyan "ömürlük" plomb kəşf edildi

Dişi kariesdən qoruyan "ömürlük" plomb kəşf edildi
08:13 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən "ömürlük" nanomaterial hazırlanıb.

Publika.az xəbər verir ki, alimlər yeni materialın stomatologiyada texnoloji inqilab yaradacığına əmindirlər.

Nanohissəciklər özündə titan, dəmir, sink və digər metalların oksidini birləşdirir. Bir sıra eksperimentlərin nəticəsinə görə, sözügedən maddələrin cüzi konsentrasiyası belə orqanizmin özünün ifraz etdiyi təbii fermentlər kimi bütün zərərverici mikrob və bakteriyaları məhv edir.

Alimlərin sözlərinə görə, nanohissəciklərdən ibarət xüsusi antibakterial əlavənin istifadəsi başqa stomatoloji materialların hazırlanmasında da nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/194705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR