Kevin Qroskroyts Bundesliqa klubunda

Kevin Qroskroyts Bundesliqa klubunda
08:17 12 Aprel 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Martda karyerasını başa vurduğunu elan edən Kevin Qroskroyts fikrini dəyişib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Bundesliqada qalmaq uğrunda mübarizə aparan "Darmstadt"la müqavilə imzalayıb. Müqavilə 2019-cu ilin iyununa kimi nəzərdə tutulub.

"Baş məşqçi Torsten Frinqs məni inandırdı ki, bura transferim düzgün addımdır. Komandaya uğur qazandırmaq üçün əlimdən gələni edəcəyəm" - Qroskroyts deyib.

2014-cü ilin dünya çempionu son olaraq "Stuttgart"ın şərəfini qoruyub. Ötən ay barda insident yaşayan və xəstəxanalıq olan havbeklə "Stuttgart" yollarını ayırmağa qərar vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR