Dortmunddakı partlayış yerinin yaxınlığında məktub tapılıb

Dortmunddakı partlayış yerinin yaxınlığında məktub tapılıb
08:27 12 Aprel 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Dortmundda baş vermiş partlayış yerinin yaxınlığında məktub tapılıb.

Trend-in RİA Novosti-yə istinadən xəbər görə, bu haqda Reyter məlumat verib.

Məlumata görə, məktub müstəntiqlər tərəfindən öyrənilir. Partlayış yerində tapılmış məktubun müəllifi, hücuma görə məsuliyyət öz üzərinə götürdüyünü bildirib.

Qeyd edək ki, Almaniyanın Dortmund şəhərində "Borussiya" futbolçularını daşıyan avtobusun qarşısında partlayış baş verib. Partlayış nəticəsində "Borussiya"nın müdafiəçisi Mark Bartra xəsarət alıb. O, artıq xəstəxanaya yerləşdirilib.

Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları çərçivəsində "Borussiya" və "Monako" klubları görüşməli idi.

"Borussiya" futbol klubunun mətbuat xidməti elan edib ki, insident səbəbindən görüş aprelin 12-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR