Polis: "Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına yönəlmiş hücumdur"

Polis: "Dortmunddakı partlayışlar “Borussiya” futbol komandasına yönəlmiş hücumdur"
08:37 12 Aprel 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Dortmunddakı partlayışlar "Borussiya" futbol komandasına qarşı yönəlmiş hücumdur.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" Almaniya polisinə istinadən məlumat yayıb.

Dortmund polisi qeyd edib ki, avtobusun yaxınlığında üç partlayış baş verib. Polisin ilkin məlumatına əsasən, "hücumda ciddi partlayıcı vasitələrdən istifadə edilib".  Partlayıcı qurğunun avtomobil duracağının hasarına bərkidildiyi bildirilir.  
 
Hadisə zamanı dortmundluların müdafiəçisi Mark Bartra xəsarət alıb.  
 
Qeyd edək ki, insident səbəbindən Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya" - "Monako" oyunu təxirə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR