Bu da qadınların dostluğu - Rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət etdi

Bu da qadınların dostluğu - Rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət etdi
08:43 12 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda yaşlı qadının evi qarət olunub.

"Report" xəbər verir ki, hadisə Stansiyayanı küçəsində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Hümbətova Simuzər Qasım qızı rəfiqəsini evinə qonaq dəvət edib. Qonaq evdə qadının baş nahiyəsinə küt alətlə zərbə endirib. Nəticədə ev sahibi huşunu itirərək yerə yıxılıb. Daha sonra hadisəni törədən şəxs evdən qızıl-zinət əşyalarını oğurlayaraq özü ilə aparıb. S.Hümbətova ağır xəsarət ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR