Yük maşını ağaca çırpıldı: 1 ölü

Yük maşını ağaca çırpıldı: 1 ölü
09:09 12 Aprel 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

 

Tovuz rayonunun Qovlar şəhəri ərazisində vətəndaşa məxsus "VAZ" markalı  minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib.

 

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü İsrafilov Sadiq Zakir oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR