Bakıda qadın rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət etdi

Bakıda qadın rəfiqəsinin başına küt alətlə vuraraq evini qarət etdi
09:12 12 Aprel 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda yaşlı qadının evi qarət olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Stansiyayanı küçəsində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Hümbətova Simuzər Qasım qızı rəfiqəsini evinə qonaq dəvət edib. Qonaq evdə qadının baş nahiyəsinə küt alətlə zərbə endirib.

Nəticədə ev sahibi huşunu itirərək yerə yıxılıb. Daha sonra hadisəni törədən şəxs evdən qızıl-zinət əşyalarını oğurlayaraq özü ilə aparıb. S.Hümbətova ağır xəsarət ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR