Millimiz İspaniya, İtaliya, Portuqaliya və daha 4 komanda ilə bir sırada

Millimiz İspaniya, İtaliya, Portuqaliya və daha 4 komanda ilə bir sırada
09:12 12 Aprel 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Avropa çempionatının final mərhələsində birbaşa iştirak edəcək 7 komandanın adına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, B qrupunu lider tamamlayan millimizlə bərabər daha 6 yığma və ev sahibi Sloveniya artıq qitə birinciliyinə hazırlaşa bilərlər.

Bunlar İtaliya, Ukrayna, Portuqaliya, İspaniya, Qazaxıstan və Rusiya milliləridir.
 
Daha 8 komanda isə pley-offlarda mübarizə aparacaqlar. Qrup mərhələsini ikinci pillədə tamamlamış Gürcüstan, Macarıstan, Xorvatiya, Rumıniya, Serbiya, Çexiya, Fransa və ən yaxşı 3-cü yerin sahibi Finlandiya finallarda çıxış etmək üçün növbəti şans qazanıblar.
 
Qeyd edək ki, pley-off oyunları 10-13 və 24-27 sentyabr tarixlərində keçiriləcək. AÇ-nin final mərhələsi ilə 2018-ci ilin qışında baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR