"Ayrı rənglərin azarkeşləri şiddətə qarşı birləşiblər" - "Borussiya"ya DƏSTƏK

"Ayrı rənglərin azarkeşləri şiddətə qarşı birləşiblər" - "Borussiya"ya DƏSTƏK
09:17 12 Aprel 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/4 final mərhələsinin "Borussiya" - "Monako" oyunundan əvvəl Dortmundda baş verən partlayışdan sonra matç təxirə salınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, böyük faciədən qurtulan komandada sadəcə ispan müdafiəçi Mark Bartra zədələnib və xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra Almaniyanın futbol ictimaiyyəti, idarəçilər və futbolçular müxtəlif açıqlama və mesajlar yayımlayaraq "Borussiya"ya dəstəklərini ifadə ediblər.

Onlardan bəzilərini təqdim edirik.
 
Hans - Yoakim Vatzke ("Borussiya"nın direktoru): "Bu hadisə bizim üçün şok oldu. Heç cür fikrimizdən çıxara bilmirik. Ümid edirəm ki, komanda tez zamanda toparlana biləcək və çərşənbə günü (bu gün) bütün komanda ilə layiqli mübarizə apara biləcəyik".
 
Raynhard Rubal ("Borussiya"nın prezidenti): "Futbolçular bu hadisədən sonra daha güclənməli, birləşib əsl performanslarını əks etdirməlidirlər".
 
Roman Bürki ("Borussiya"nın futbolçusu): Mən Bartranın arxasındakı oturacaqda əyləşmişdim. Qırılan şüşədən bir parça ona dəydi. Partlayış baş verəndə hamımız avtobusda idik. Tez hamımız yerə uzandıq. Daha sonra polis gəldi, mühafizəni təmin etdilər. Hamımız şokda idik. Həmin anda ağlımızdan futbol keçmirdi".
 
Ştefen Frönd ("Borussiya" ilə 1997-ci ildə ÇL qalibi): "Əgər orda hücum birbaşa avtobusa olsaydı, hər şey çox başqa olacaqdı. İndi isə toparlanmaq və oyuna hazırlaşmaq lazımdı".
 
İlkay Gündoğan ("Borussiya"nın keçmiş futbolçusu): "Baş verənlərə inana bilmirəm. Hamınızın yaxşı olmağınızı ümid edirəm".
 
Jerom Boatenq ("Bavariya"nın oyunçusu): "Hamınıza hər şeyin qaydasında olmasını arzu edirəm"
 
Xavi Martinez ("Bavariya"nın futbolçusu): "Bartra, ümid edirəm ki, sabah qədər dincəlib özünə gələcəksən və oyunda iştirak edəcəksən).
 
Tomas Bax (BOK prezidenti): "Bu gün bütün idman növlərinin təmsilçiləri və azarkeşləri "Borussiya"nın yanındadılar".
 
Benedikt Hövedes ("Şalke"nin futbolçusu): "Ayrı rənglərin azarkeşləri şiddətə qarşı birləşiblər. Mark Bartraya və bütün "Borussiya"ya xoş arzularımızı göndəririk".
 
Cerald Asamoa (Almaniya millisinin keçmiş üzvü): "İnanılmazdı... Bu saatlarda futbol var və biz, hamımız bir-birimizə dəstək olmalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR