Soğan qabıqlarını atmayın

Avropada hər il 500 tona yaxın soğan qabığı zibil qabına atılır. Soğan qabığının faydalarını öyrəndikdən sonra qabıqları atmayacaqsınız.

Metbuat.az xəbər verir ki, araşdırmalar soğan qabığının təbii antioksidant olduğunu sübut edib. O qan dövranını sürətləndirir, ürək-damar xəstəliklərinə tutulma riskini aşağı salır. Soğan qabığının içərisindəki mineralların təzyiq xəstəliklərini müalicə etdiyi ortaya çıxıb.

Soğan qabığı xərçəng və şəkərli diabetin qarşısını alır. Araşdırmaçı Vanesa Benitez bağırsaq xərçəngi, ikinci tip diabet və kardioloji problemlərin soğan qabığı istifadəsi ilə əngəlləndiyini ortaya qoyub.

Tərkibində kükürd olan sabun qabığı saç uzanmasını təmin edir və saç diblərini möhkəmləndirir.

Soğan qabığı necə istifadə edilməlidir?

Ayırdığınız soğan qabıqlarını qaynamış suyun içərisinə ataraq 5 dəqiqə qaynadın. Daha sonra suyunu için. Həmçinin soğan qabıqlarını yeməklərinizə və ya salatlarınıza da əlavə edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR