Evliliyi oyuncağa çevirən izdivac verilişləri: Azərbaycanlılardan daha bir RƏZİLLİK - VİDEO

Evliliyi oyuncağa çevirən izdivac verilişləri: Azərbaycanlılardan daha bir RƏZİLLİK - VİDEO
10:28 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Zuhal Topalın verilişinə daha bir azərbaycanlı model qalmaqalları ilə məşhur olan Naz Mila adlı iştirakçıya elçi düşüb.

Publika.az xəbər verir ki, kliplərdə və seriallarda çəkilən Elmir İsmayılov adlı azərbaycanlı model Naza qarşı dərin hissləri olduğunu deyib.

Naz Milanın keçmiş azərbaycanlı sevgilisi Əli Əkbər isə Elmirlə yaxından tanış olduğunu və studiyada onu görəndə şok keçirdiyini etiraf edib. Elmir isə Əlinin dediklərini inkar edərək onunla sadəcə uzaqdan tanış olduğunu bildirib.

Naz Elmirin ona elçi düşməsinə Əlinin kəskin reaksiya verməsini anlmadığını bildirib. Əli isə reaksiyasını Elmiri görəndə sadəcə təəccüb hissi keçirdiyini bildirib.

Elmir dünənki verilişdə Əlinin bir vatxlar onun sevdiyi qızla görüşdüyünü iddia edib, hətta şəkillərinin olduğunu deyib. Əli isə Elmirin həmin qıza qarşı dərin hissləri olduğunu bildiyini və dostunun bəyəndiyi biri ilə heç vaxt münasibət qurmadığını vurğulayb:

“O qız məni sevidirdi və tez-tez haqqımda Elmirə suallar verirdi. Bu səbəbdən də Elmir günahım olmadığı halda mənə kin bəsləyib. İndi heyfini çıxmaq üçün Naza elçi düşüb. Qızın ona hədiyyə etdiyi də üzüyü barmağından çıxarmırdı”.

Məlumat üçün bildirək ki, Naz Mila verilişdə Baha adlı türk vətəndaşı ilə 2 gün nişanlı qalıb. Bundan başqa, bir dəfə evli olan Nazın bir qızı var.

İddialara görə, Türkiyədəki evlilik verilişlərində baş verənlərin hamısı qurma oyundur. Bəy və gəlin namizədləri isə verilişin daha çox reytinq toplaması üçün süni qalmaqallar yaradır və bunun müqabilində pul alır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR