Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi Avropa İttifaqının maraqlarını özündə ehtiva edir"

Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi Avropa İttifaqının maraqlarını özündə ehtiva edir"
10:37 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Biz əminik ki, Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq və beləliklə, Avropa İttifaqı öz enerji resurslarını diversifikasiya edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda keçirilən "Caspian Energy Forum-2017"-nin iştirakçılarına video müraciətində deyib.

Onun sözlərinə görə, Xəzər qazının Avropaya nəqli artıq uzun müddətdir gündəmdədir. "Əslində, Cənub Qaz Dəhlizi üzrə memorandum İlham Əliyevlə artıq 2011-ci ildə imzalanıb. Bu, layihəyə nə qədər vaxt sərf olunduğunu, eyni zamanda, siyasi cəhətdən nə qədər yüksək səviyyədə təbliğ olunduğunu göstərir. Mən özüm Bakıda keçirilən hər bir görüşdə iştirak etmişəm. Bu görüşlər yalnız danışıqlarla deyil, reallıqlarla bağlı olub. Cənub Qaz Dəhlizi üzrə artıq müqavilələr bağlanıb, konkret addımlar atılır. Bu müqavilələr Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsini, o cümlədən Avropa İttifaqının maraqlarını da özündə ehtiva edir. Artıq layihələr üzrə aparıcı maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilməkdədir. Qeyd etmək istəyirəm ki, bu böyük cəhdlər iştirakçı ölkələr, o cümlədən oradakı etibar və əməkdaşlıq mühiti sayəsində mümkün olur. İllər ərzində biz bu mühitin yaranmasına nail olmuşuq. Mən şəxsən prezident İlham Əliyevin bu məsələyə yüksək bağlılığını da vurğulamaq istəyirəm. İki ay əvvəl onun Brüsselə səfəri zamanı bu bir daha özünü göstərdi. O, yeni Azərbaycan-Avropa İttifaqı Çərçivə Sazişi üzərində danışıqlara başlamaq üçün razılığını bildirib. Əminəm ki, bu, Azərbaycan və Avropa İttifaqı arasında gələcək əməkdaşlığa gətirib çıxaracaq", - avropalı diplomat qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR