Şeyxülislam: "Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq"

Şeyxülislam: "Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq"
11:17 12 Aprel 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın dövlət başçısının sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini, ədalətli sülhün bərqərarını istəyən Azərbaycan xalqı beynəlxalq səylər nəticə verməzsə, özü ədaləti bərpa etməyə qadirdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə bu gün "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda deyib.

A.Paşazadə əlavə edib: "İldönümünü yaşadığımız Aprel zəfəri bunun bariz nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan ordusu bayrağımızı işğal altında olan bütün topraqlarımızda ucaldacaqdır, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlət rəhbərimizin dəstək və yardımı ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq. Böyük qayıdışımızın, şanlı qələbəmizin şəninə veriləcək azanları eşidəcəyimiz zaman uzaqda deyil, inşallah!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR