Tillerson Moskvada hansı təhlükəylə üzləşdi?

ABŞ-ın dövlət katibi Reks Tillersonun Moskva səfəri zamanı həyəcanlı anlar yaşanıb.

Metbuat.az-ın məlumatına görə, dövlət katibinin təyyarəsi "Vnukovo" hava limanına enməzdən bir müddət əvvəl ərazidə yanğın baş verib. Göy üzünü qatı tüstü təbəqəsi bürüyüb. Bununla belə, layner təhlükəsiz şəkildə hava limanına enə bilib. Tüstü təbəqəsinin hava limanı yaxınlığındakı ot sahəsində baş verən yanğın üzündən əmələ gəldiyi bildirilir.

Qeyd edək ki, Tillersonun təyyarəsi ötən gün yerli vaxtla təqribən saat 16:00-da "Vnukovo"ya enib. Amerikalı diplomatın bu gün həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR