85 mindən çox abituriyent ərizə verib

85 mindən çox abituriyent ərizə verib
11:52 12 Aprel 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycan ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlayıb.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olara bildirilib ki, bu il ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 85497 abituriyent ərizə verib.
 
69969 abituriyent (63343-ü Azərbaycan, 6626-sı Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 27490 (24981-i Azərbaycan, 2509-u Rus bölməsinin məzunu) I, 19641-i (17426-sı Azərbaycan, 2215-i Rus) II, 17916-sı (16578-i Azərbaycan, 1338-i Rus) III, 4922-si (4358-i Azərbaycan, 564-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.
 
Bu il ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən 85497nəfərdən 65652 qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.
 
34153 abituriyent V ixtisas qrupuna, 36076-sı isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR