"İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəriciləridir"

"İslamiadanın Azərbaycanda keçirilməsi tolerantlığın və multikulturalizmin əsas göstəriciləridir"
11:57 12 Aprel 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə islam həmrəyliyi ilə bağlı konfransların keçirilməsi əhəmiyyətlidir. Azərbaycanın bu missiyanı öz üzərinə götürməsi, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanda tolerantlığın və multikulturalizmin əsas göstəricilərindən biridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün "İslam həmrəliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" adlı beynəlxalq konfransda deyib.

S.Novruzov bildirib ki, bu gün neft və digər təbii sərvətlərə görə ölkələrin başına ağır hadisələr gətirilir:

"Bu cür addım atanlar insan hüquqlarını kənara qoyaraq, maddi maraqlara üstünlük verərək bu addımları atırlar. Artıq həmin ölkələrdə dövlət siyasəti belə formalaşıb. Belə bir anda kiçik Azərbaycan böyük addım ataraq islam həmrəyliyi elan etdi. Bu missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarında bir sıra islam ölkələrinin idmançıları burada bir-birilərinin əlini sıxacaqlar. İslam ölkələrinin rəhbərləri də öz maddi maraqlarını kənara qoyub bir-birilərinin əlini sıxmalıdır. İslam həmrəyliyinin simvolu su götürülüb, bunun böyük mənası var. Su - islam ölkələrindəki alovun söndürülməsi üçün mühüm rol oynayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR