Almaniya - Azərbaycan matçının məkanı bəlli oldu

Almaniya - Azərbaycan matçının məkanı bəlli oldu
12:05 12 Aprel 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustdan AÇ-2019-un seçmə mərhələ oyunlarına start verəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamızın səfər oyunlarından birinin yeri artıq müəyyənləşib.

Belə ki, Yaşar Vahabzadənin yetirmələri yer aldığı 5-ci qrupun 3-cü görüşündə Almaniyanın qonağı olacaq. Almaniya mətbuatı qarşılaşmanın oktyabrın 6-da Kotbus şəhərində keçiriləcəyini yazıb. Bundestim bundan bir ay əvvəl Kosovonu isə Osnabrükdə sınağa çəkəcək.
 
Qeyd edək ki, millimiz Almaniya ilə görüşə qədər avqustun 31-də İsrailə qonaq olacaq, sentyabrın 5-də isə İrlandiyanı qəbul edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR