Abdullah Gül Şəhidlər Xiyabanını ziyarət etdi

Abdullah Gül Şəhidlər Xiyabanını ziyarət etdi
12:23 12 Aprel 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün səhər Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.

Publika.az xəbər verir ki, Abdullah Gülü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşaiyət edib.

Abdullah Gül Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən “Şəhidlər məscidi”ndə də olub. Məscidlə tanış olan Abdullah Gül daha sonra Türkiyənin Azərbaycan səfirliyinin Şəhidlər Xiyabanı ərazisində yerləşən Diyanət İdarəsi Nümayəndəliyini ziyarət edib. Türkiyənin eks-prezidenti burada çay süfrəsi ətrafında söhbət edib.

Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu vurğulayan Abdullah Gül Bakıya səfərinin onda xoş xatirələr yaratdığını söyləyib:

“Hər dəfə Azərbaycana səfər edəndə özümü Vətənimdə hiss edirəm. Azərbaycan bizim üçün doğma ölkədir”.

Qeyd edək ki, Abdullah Gülün Azərbaycana səfəri bu gün başa çatıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR