Trampı rəsmən sildilər: Pentaqondan hərbi müdaxilə ANONSU

Trampı rəsmən sildilər: Pentaqondan hərbi müdaxilə ANONSU
12:33 12 Aprel 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

“Bəşər Əsədin kimyəvi silah istifadə etməsinə maneə törədəcək ən təsirli üsul hərbi müdaxilədir”.

Publika.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Ceyms Mettis ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandiri Cozef Votellə ABŞ Müdafiə Nazirliyində (Pentaqon) keçirdiyi mətbuat konfransında deyib.

Müdafiə naziri bildirib ki, Suriyanın İdlib vilayətində kimyəvi silah hücumunun Suriya rejimi tərəfindən həyata keçirildiyinə dair heç şübhə yoxdur.

“Ötən həftə Suriya rejimi kimyəvi silahlarla insanlara hücum etdi. Şəxsən kəşfiyyat hesabatlarını nəzərdən keçirdim. Hücum qərarının Suriya rejimi tərəfindən qəbul edilməsinə və hücuma görə məsuliyyət daşımasına dair heç şübhə yoxdur. Hücumdan sonra ABŞ Milli Təhlükəsizlik Şurası prezident Donald Trampa diplomatik və hərbi addımların atılması barəsində təkliflər verdi. Biz bir neçə gün ərzində bəzi müttəfiqlərimizlə görüşdük. Milli Təhlükəsizlik Şurası Suriya rejiminin kimyəvi silahdan bir daha istifadə edə bilməməsi üçün mütənasib hərbi gücdən istifadə edilməsinin ən təsirli üsul olacağına dair qərar verdi”, - Pentaqon rəhbəri bildirib.

ABŞ prezidenti Donald Tramp isə bu gün “Fox Business” telekanalına müsahibəsində Amerikanın Suriyaya girməyəcəyini bəyan edib. Tramp açıqlamasına heç bir izah verməyib. ABŞ prezidenti bununla belə Suriya ordusunun bazasına raket zərbəsini endirilməsinin zəruri olduğunu vurğulayıb.

Prezident və müdafiə nazirinin bir-birindən fərqli fikirlər səsləndirməsi isə Donald Trampın hazırda əhəmiyyətli dövlət qərarlarının qəbulundan de-fakto kənarlaşdırıldığı barədə iddianı yada saldı. Rusiya publisisti, bloger və analitiki Vladimir Qolışev Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında deyib ki, Pentaqon qərarların qəbul olunması mərkəzinə çevrilib.

“Ölkəni artıq onlar idarə edir” - ABŞ-da DÖVLƏT ÇEVRİLİŞİ

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR