Azərbaycanın xarici ticarət dövriyyəsinin 43 faizi Aİ ölkələrinin payına düşüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin 43 faizi Aİ ölkələrinin payına düşüb
12:37 12 Aprel 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 77 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal olunub.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3287,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2315,7 milyon dollar, idxalın dəyəri 972,0 milyon dollar təşkil edib, nəticədə 1343,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 12,9 faiz, o cümlədən ixrac 13,5 faiz, idxal isə 11,8 faiz azalıb.

Ticarət dövriyyəsinin 42,9 faizi Avropa İttifaqı ölkələri, 11,2 faizi MDB üzvü dövlətləri, 45,9 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 25,6 faizi İtaliyaya, 7,5 faizi Çinə, 6,8 faizi İsrailə, 6,6 faizi Tayvana (Çinin əyaləti), 6,0 faizi Portuqaliyaya, 5,6 faizi Türkiyəyə, 4,7 faizi Almaniyaya, 4,5 faizi Fransaya, 4,4 faizi İspaniyaya, 4,3 faizi Çexiyaya, qalan 24,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,1 faizi Rusiyanın, 15,1 faizi Türkiyənin, 10,9 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi ABŞ-ın, hər biri 4,0 faiz olmaqla İtaliya və Böyük Britaniyanın, 3,8 faizi Ukraynanın, 3,1 faizi İranın, 2,5 faizi Türkmənistanın, 2,4 faizi Braziliyanın, 25,4 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-fevral aylarında 176,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-fevral aylarına nisbətən real ifadədə 0,3 faiz çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 44,6 faiz, təzə tərəvəz - 2,1 dəfə, meyvə və tərəvəz şirələri - 66,1 faiz, meyvə və tərəvəz konservləri - 3,4 faiz, polietilen - 6,7 faiz, pambıq lifi - 7,0 dəfə, bentonit gili - 3,0 dəfə artıb, şəkər ixracı isə 60,2 faiz, bitki yağları - 15,1 faiz, çay - 12,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 38,8 faiz, kartof - 69,6 faiz, emal olunmamış alüminium - 22,4 faiz, qara metallardan borular - 15,3 faiz, pambıq ipliyi - 25,3 faiz, qara metallardan yarımfabrikatlar - 88,6 faiz azalıb.

2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 2017-ci ilin yanvar-fevral aylarında xam şəkər və şəkər idxalı 2,8 dəfə, buğda - 52,6 faiz, təzə meyvə - 25,6 faiz, kərə yağı, digər süd yağları və pastaları - 42,2 faiz, çay - 11,3 faiz, mal əti - 44,6 faiz, quş əti və onun əlavə məhsulları - 2,5 dəfə, minik avtomobilləri - 15,6 faiz, polad prokatı - 36,3 faiz, mebel - 45,3 faiz, rezin şinlər - 78,3 faiz, hesablama maşınları, blok və qurğuları - 4,6 dəfə, mineral gübrələr - 4,3 dəfə, qara metallardan künclüklər ­- 26,8 faiz, paltaryuyan maşınlar - 55,8 faiz, yük avtomobilləri - 2,1 dəfə, məişət kondisionerləri - 2,2 dəfə artıb, bitki yağlarının idxalı isə 54,3 faiz, kartof - 31,8 faiz, təzə tərəvəz - 8,4 faiz, qara metallardan borular - 67,2 faiz, qara metallardan çubuqlar - 18,0 faiz, polietilen - 27,5 faiz, sement və sement klinkerləri - 83,5 faiz azalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR