Messi Luis Enrikeni söyub?

Messi Luis Enrikeni söyub?
15:52 7 Yanvar 2015
173 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona"nın baş məşqçisi Luis Enrike ilə futbolçu Lionel Messi arasında yaşanan qalmaqalın təfərrüatları ortaya çıxıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçunun məşqçi heyətinə az qala savaş açdığı müəyyənləşib.
 
Bildirilir ki, məşq zamanı keçirilən ikitərəfli oyunda hakimlik edən L.Enrikenin Messini yerdə qaldığı epizodda matçı davam etdirməsi 27 yaşlı futbolçunu özündən çıxarıb. L.Enrikenin qərarına etiraz edən Messi ondan epizodu niyə qayda pozuntusu kimi qiymətləndirmədiyinin səbəbini soruşub. Neymarın müdaxiləsindən sonra mübahisənin böyüməsinin qarşısı alınıb.
 
Amma "Real Sosyedad"a qarşı İspaniya La Liqasında keçirilən matçda Messinin ehtiyat oyunçuların skamyasında yer alması tərəflər arasında gərginliyi daha da artırıb. Oyundan sonra argentinalı futbolçu həm L.Enrike, həm də baş məşqçinin köməkçisi Joaquin Valdeslə mübahisə edib. Bu zaman Messinin futbolçuların qarşısında L.Enrikeyə söyüş söydüyü də iddia edilib.
 
Baş verənlərdən sonra isə Messi rəhbərliklə görüşərək onların qarşısına "ya mən, ya da Enrike" tələbini qoyub. Rəhbərliyin Messiyə baş məşqçinin qovulacağına dair söz verdiyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR