Qazaxıstan latın əlifbasına keçir - Nazarbayev sərəncam imzaladı

Qazaxıstan latın əlifbasına keçir - Nazarbayev sərəncam imzaladı
12:47 12 Aprel 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət qəzeti olan "Eqemen Kazaxıstan" qəzetində məlumat yer alıb. Sərəncama əsasən, 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır.

N.Nazarbayev yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislərin 2018-ci ildən işə başlaması və orta təhsil müəssisələri üçün yeni əlifba ilə dərsliklərin hazırlanması barədə də göstəriş verib. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.
 
Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR