Kosmosdan heyratamiz görüntülər - FOTOLENT

Kosmosdan heyratamiz görüntülər - FOTOLENT
12:54 12 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

İnsanın kosmosa ilk uçuşundan 56 il ötür.

 

Lent.az-ın məlumatına görə, SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel Kosmonavtika günü elan olunub. Bu günün keçirilməsinə səbəb isə 50 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Y. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.

Təəssüf ki, ilk kosmonavtın ömrü qısa olur, o, 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayır və həlak olur.

 

Kosmos haqqında maraqlı faktlar

 

Tam Günəş tutulması 7,5 dəqiqədən çox çəkmir; tam Ay tutulması isə 104 dəqiqə davam edir.

 

Günəş bir dəqiqə ərzində Yerin bir il ərzində sərf etdiyi bütün enerjidən çox enerji istehsal edir.

 

Biz ən uzaq görünən ulduza baxarkən, 4 milyard il keçmişə baxırıq. Ondan gələn və saniyədə demək olar 300 000 kilometr sürətlə hərəkət edən işıq bizə yalnız uzun illərdən sonra çatır.

 

Bizə ən yaxın olan (Günəşdən sonra) Proksima Sentavr ulduzuna çatmaq üçün orta hesabla saatda 60 kilometr sürətlə hərəkət edən avtomobilə təxminən 48 milyon il vaxt lazım gələrdi.

 

Qalaktikamızda hər il qırxa yaxın yeni ulduz meydana çıxır. "Habll" kosmik teleskopu tərəfindən şəkli çəkilən ən qocaman qalaktikanın yaşı 12 milyard ildir.

Pluton planetində bir ilin uzunluğu Yerdəki 247,7 il qədərdir.

 

Kainatın ən qaynar ulduzu Veneradır.

Merkuri planetində gün bir ildən iki dəfə uzundur. O, öz oxu ətrafında çox yavaş fırlanır, Merkurinin Günəş ətrafında bir dəfə dövr etməsi isə 88 gün çəkir.

 

Ayda ən yüksək temperatur 117 dərəcə Selsidir. Aydakı ən yüksək dağın hündürlüyü 11 500 metr təşkil edir.

 

 

Lent.az bu günlə əlaqədar kosmosdan heyratamiz görüntüləri təqdim edir:

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271985

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR