Türkiyədə PARTLAYIŞ: 29 xəsarət alan

Türkiyədə PARTLAYIŞ: 29 xəsarət alan
12:59 12 Aprel 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin şimal-qərbində  yerləşən Tekirdağ vilayətində Çerkezköy Mütəşəkkil Sənaye Bölgəsində səhər saatlarında partlayış baş verib.

 

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, partlayış tekstil fabrikində qeydə alınıb. İlkin məlumatlara görə, hadisə zəhərli maddənin sızması nəticəsində baş verib.

Polis əməkdaşları tərəfindən fabrikə yaxın keçən bütün yollar bağlanıb.

Partlayış zamanı havaya yayılan zəhərli qaz səbəbindən bölgə üzrə həyəcan siqnalı çalınıb.

 

Hadisə nəticəsində 29 nəfər xəsarət alıb. Yaralıların həmin maddədən zəhərləndiyi bildirilir. Yerdə qalan bütün fabrik işçiləri təxliyə edilib və körpəsi olan analara tapşırılıb ki, kimyəvi maddə ilə bağlı detal dəqiqləşənə kimi körpələrini əmizdirməsinlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR