Əhmədinejat yenə İran prezidenti ola bilər - Namizədliyini verdi

Əhmədinejat yenə İran prezidenti ola bilər - Namizədliyini verdi
13:05 12 Aprel 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad mayın 19-da keçiriləcək prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Əhmədinejat səhər saatlarında Daxili İşlər Nazirliyinə keçmiş vitse-prezident Həmid Baqaini müşayiət etməyə gəlsə də, gözlənilmədən özünün namizədlyini qeyd etdirib.

Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xameneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR