Dortmunddakı partlayışın təfərrüatları - Partlayış məktubu tapıldı

Dortmunddakı partlayışın təfərrüatları -   Partlayış məktubu tapıldı
13:27 12 Aprel 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Dünən Çempionlar Liqasının 1/4 finalının “Borussiya” – “Monako” matçından öncə Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışın təfərrüatları bəlli olub.


Qol.Azın Almaniya KİV-lərinə istinadən yaydığı xəbərə görə, hadisə Bakı vaxtı ilə saat 21.00-da matçın keçiriləcəyi “Signal-Iduna Park” arenasının 10 kilometr yaxınlığında baş verib.  Partlayışın gücündən avtobusun təkəri və şüşəsi zərər görüb, futbolçu Mart Bartra isə yaralanıb. Dərhal xəstəxanaya çatdırılan gənc oyunçu əlindən əməliyat olunub. Onun durumunun yaxşı olduğu bildirilir.


Terror, yoxsa?


Dünən gecə mətbuat konfransı keçirən Dortmund polisinin şefi Qreqor Lange bildirib ki, hadisənin terror olub-olmaması ilə bağlı araşdırmalar davam edir: “Qəti olan budur ki, “Borussiya”nın avtobusu hədəfə alınıb”.


Prokuror Sandra Luçke isə deyib ki, bu cinayətin bütünlükdə komandaya qarşı yönəldiyini ehtimal edirlər. İstintaq əsasən bu versiya üzərinə çalışır.


Polislərdən birinin verdiyi məlumata görə, bomba yol qırağında kolda gizlədilibmiş. Partlayış komandanın baş məşqçisi Tomah Tuhelin əyləşdiyi oturacağın yaxınlığında baş verib. Amma ona bir şey olmayıb.


Olay yerində məktub tapıldı


Daha sonra hadisə yaxınlığında bir məktub tapılıb. Məktubu yazan şəxs partlayışa görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Hazırda polis məktubu yazan şəxsi axtarır.


Qeyd edək ki, partlayışdan sonra polis stadionda olan azarkeşlərə müraciət edərək onları sakitliyə çağırıb və həyatları üçün təhlükə olmadığını bildirib. “Monako”lu azarkeşlər isə tribunadan “Borussiya”ya dəstək şüarı səsləndiriliblər.


Daha sonra UEFA matçın təxirə salınması və bu gün Bakı vaxtı ilə saat 20.45-də keçirilməsi haqda qərar qəbul edib. “Monako” klubu azarkeşlərinə müraciət edərək bildirib ki, Dortmundda əlavə bir gün qalacaqlarına görə onların hər birinə 80 avro məbləğində təzminat ödənəcək. Bununla yanaşı, “Monako” UEFA-ya müraciət edərək oyununun bu həftənin şənbə gününə keçirilməsini xahiş edib. Onların müraciətinə yaxın saatlarda cavab veriləcək.




Almanlar fransızları evlə təmin etdilər


Hadisədən sonra sosial şəbəkədə yaradılan #bedforawayfans adlı həştəqin köməkliyi ilə Dortmund və qonşu şəhərin sakinləri Fransadan gələn azarkeşləri yatacaq yerlə təmin ediblər.






Fanat,Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dortmunddak-partlayn-tfrruatlar-t57533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR