Generaldan sosial şəbəkələrdə yayılanlara münasibət : "Heç bir gərginlik yoxdur"

Generaldan sosial şəbəkələrdə yayılanlara münasibət : "Heç bir gərginlik yoxdur"
13:29 12 Aprel 2017
151 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki "Hacı Cavad" məscidinin heç bir qeydiyyatı yoxdur.
 
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
 
O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: “Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq”.
 
S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: “Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq”.
 
Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki  "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR