"Stratfor": "Moskva Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir"

"Stratfor": "Moskva Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirir"
13:42 12 Aprel 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada bir müddət əvvəl baş vermiş terror hücumlarının nəticələrinin öhdəsindən gələ bilmək üçün rəsmi Moskva qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, ABŞ-ın "Stratfor" analitika mərkəzinin məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, bu məqsədlə Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və təhlükəsizlik sahəsi ilə əlaqədar rəsmi şəxslərlə görüşüb.

Müəllifin fikrincə, Azərbaycan ənənəvi olaraq təhlükəsizlik məsələlərində neytrallığını qoruyub saxlayır. Amma Dağlıq Qarabağ məsələsində Rusiyanın fəaliyyəti Bakı ilə Moskva arasında təhlükəsizlik və hərbi əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR