"Mən də ordaydım, heç bir gərginlik yoxdur" - Səhlab Bağırov

"Mən də ordaydım, heç bir gərginlik yoxdur" - Səhlab Bağırov
13:52 12 Aprel 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu "Sovetski" adlanan ərazidəki "Hacı Cavad" məscidinin heç bir qeydiyyatı yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib.
 
O qeyd edib ki, həmin ərazidəki bütün tikililər plana düşüb: "Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq".
 
S.Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: "Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq".
 
Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisindəki  "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR