Dünyanın diqqəti Moskvada: Qapalı görüş başladı

Dünyanın diqqəti Moskvada: Qapalı görüş başladı
13:53 12 Aprel 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin başçıları Sergey Lavrov və Reks Tillerson arasında danışıqlar başlayıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, qapalı keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Görüşün müddəti dəqiq müəyyən edilməmişdir. Amma Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin başçılarının danışıqları adətən bir neçə saat davam edir.

Görüşdən əvvəl Lavrov bildirib ki, Moskva konstruktiv və bərabərhüquqlu əsaslarla ABŞ-la əməkdaşlıq imkanının olduğunu təsdiq edir. O həmçinin vurğulayıb ki, ABŞ-ın ikitərəfli və beynəlxalq problemlər üzrə bu yaxınlarda verdiyi bəyanatlarla bağlı Moskvada bir çox suallar var.

Reks Tillerson isə Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə olmasının ABŞ maraqlarına zidd olduğunu söyləyib: “Əsəd hakimiyyəti sona çatmalıdır. Bu mövzuda digər ölkələr də bizə dəstəkdir. Əsəd öz xalqınının məhvinə davam edir”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR