"Həmin bombalar böyük təsir gücünə malikdi" - FOTO

"Həmin bombalar böyük təsir gücünə malikdi" - FOTO
14:05 12 Aprel 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində dünən keçirilməli olan "Borussiya" - "Monako" qarşılaşması öncəsi Dortmundda baş verən partlayışla bağlı mətbuat konfransı təşkil edilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Dortmund polis rəisi Qreqor Lange bunun "Borussiya"ya qarşı planlaşdırılmış hücum olduğunu bildirib.

Şəhər prokuroru Sandra Lüçke və "Borussiya"nın mətbuat xidmətinin rəhbəri Saşa Fliqqe ilə birlikdə jurnalistlər önünə keçən Lange komandanın qaldığı otelin yaxınlığında 3 partlayış olduğunu və dərhal orda təhlükəsizlik tədbirlərini artırdıqlarını söyləyib:

"Bu hücumun birbaşa "Borussiya" klubuna qarşı edildiyini düşünürük. Həmin bombalara mütəxəssislər tərəfindən baxış keçirilir. Onlar bunun böyük təsir gücünə malik olduğunu söyləyiblər. Hadisənin nədən qaynaqlandığı və kimlər tərəfindən törədildiyi araşdırılır".

Lange bu günə təxirə salınan "Borussiya" - "Monako" matçında təhlükəsizlik tədbirlərinin alınacağını da sözlərinə əlavə edib.
 
Klubun mətbuat xidmətinin rəhbəri Saşa Fliqqe hadisə zamanı yara alan ispaniyalı müdafiəçi Mark Bartranın əməliyyat olunduğunu bildirib: "Bartra hazırda əməliyyat olunur. Onun sağ əlində sınıq olduğu aşkarlanıb. Həmçinin, futbolçunun qolunda yaralar da var.

Bütün futbolçular şokdadılar. Hamımızın fikri yalnız Bartradadı. Hadisə ilə bağlı futbolçularımızdan Marsel Şmeltserlə söhbət etdim. Avtobus otelin qarajını tərk etdikdən sonra futbolçular partlayış səsi eşidiblər. Həmin anda bəziləri özlərini yerə atıb, bəziləri aşağı əyiliblər.

Sven Bender avtobusun pəncərəsindən partlayışı görüb və sürücüyə sürətli sürməyi tapşırıb".

Prokuror Sandra Lüçke isə istintaq başladıldığını deyib: "Adam öldürməyə təşəbbüs" maddəsi ilə istintaq başladılıb. Hadisə baş verən ərazinin yaxınlığından bir yazı tapılıb.

İstintaqın etibarlılığını qorumaq üçün kağızda nələrin yazıldığını deməyim doğru olmaz. Yalnız onu söyləyə bilərəm ki, orda hadisəni törədənin etirafı var. Amma bunun doğru olub-olmadığını araşdırırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR